Yarasaya oxşar dron yaradılacaq

Texnologiya 29 Yanvar 2018 18:27 Oxunub 1431
Yarasaya oxşar dron yaradılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gün nazirlik müxtəlif müəlliflərin ideyalarını nəzərdən keçirir

ABŞ Müdafiə Nazirliyi uçuşları heyvanların uçuşlarını xatırladan dronlar istehsal etməyi planlaşdırır. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, daha yaxın prototip yarasalardır.

Artıq bu gün nazirlik müxtəlif müəlliflərin ideyalarını nəzərdən keçirir. Yaxınlarda yeni növ pilotsuz uçan aparatların istehsalı ilə məşğul olacaq tenderin qalibi müəyyən olunacaq.

Texnologiyalar dünyasında yeni növ dronların yaradılması çətin məsələ deyil. Onların sayı o qədər çoxdur ki, artıq nəsə yeni bir şey yaratmaq çətin məsələdir. Hər yeni növün yaradılmasının məqsədi müxtəlifdir. Hərbçilərin məqsədi isə elə bir pilotsuz uçan obyektin yaradılmasıdır ki, onlar keyfiyyətli və görünməz müşahidələr apara bilsinlər.

Məlumdur ki, hətta miniatür dronlar belə çoxlu səs-küy yaradırlar. Ancaq yarasaya bənzəyərək uçan dronlar demək olar ki, görünməz halda qala biləcəklər.

 

Bundan öncə isə alimlər rahat şəkildə eniş etməyi bacaran təyyarə tipli pilotsuz uçan aparat təqdim ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh