Avtomobillərin "atasının" doğum günü

Avtodünya 29 Yanvar 2018 18:42 Oxunub 1475
Avtomobillərin "atasının" doğum günü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1886-cı ildə sınaqdan keçirilən Motorvagen 1887-ci ildə Paris sərgisində nümayiş etdirilib, 1888-ci ildə isə onun satışına başlanılıb

Alman mühəndis Karl Benz 1886-cı ildə ilk motorlu nəqliyyat vasitəsini nümayiş etdirib. Avtosfert.az Sputnik.az-a istinadən xəbər verir ki, düzəltdiyi ilk motorun patentini 1879-cu ildə alıb. 1885-ci ildə isə satış məqsədilə istehsal olunan və benzin motoru ilə işləyən ilk avtomobilin — Motorvagenin istehsalını başa çatdırıb. Onun avtomobilinin 3 təkəri olub. Avtomobil arxa təkərlər arasında quraşdırılan dördtaktlı benzin mühərriki ilə hərəkətə gətirilirmiş. 1886-cı ildə sınaqdan keçirilən Motorvagen 1887-ci ildə Paris sərgisində nümayiş etdirilib, 1888-ci ildə isə onun satışına başlanılıb. O, "Benz" şirkətinin yaradıcısıdır. Sonradan bu şirkətin əsasında "Daimler-Benz", "Mercedes-Benz" və "Daimler-Chrysler" şirkətləri yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh