Yol polisi sizi hər yerdə izləyir - Sürücülərin DİQQƏTİNƏ - VİDEO

Yol polisi 29 Yanvar 2018 22:58 Oxunub 4421
Yol polisi sizi hər yerdə izləyir - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həbs edilməklə yanaşı sürücülük hüququndan da məhrum olunublar

Bir neçə gün əvvəl Bakıda avtoxuliqanlıq edərək təhlükəli vəziyyətlər yaradan sürücünün bu əməlindən sonra polis yollara nəzarəti bir qədər də artırıb. Bakıda avtoxuliqanlıq edənlərin tez aşkar edilməsi üçün kameralar 24 saat izlənilir. Çünki bəzi sürücüləri təhlükəli hərəktlər edərək həm özlərini, həm də digər sürücüləri çətin vəziyyətdə qoyurlar. Söhbət yol hərəkəti qaydasını pozaraq yol polisindən qaçan avtoxuliqanlardan gedir. Son günlər Bakıda bir neçə avtoxuliqanlıq hadisəsi qeydə alınıb. Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları belə sürücülərə qarşı nəzarəti gücləndirib.

Elə bunun nəticəsidir ki, ilin əvvəlindən bu günə kimi avtoxuliqanlıq edən bir neçə sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, həmin sürücülər inzibati həbs edilməklə yanaşı həm də bir illik sürücülük hüququndan da məhrum olublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh