Müəllimə yumruq atan 7 yaşlı uşaq həbs olundu - VİDEO

Maraqlı 29 Yanvar 2018 23:11 Oxunub 1514
Müəllimə yumruq atan 7 yaşlı uşaq həbs olundu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğlanın anası məktəb rəhbərliyini və polisi məhkəməyə verəcəyini deyib

Mayamidə 7 yaşlı uşaq həbs olunub. Məktəbli uşaq zorakılığa meyllilikdə ittiham olunub. Bu haqda "Miami Herald" qəzeti yazıb. Polisin açıqlamasında deyilir ki, uşaq yeməklə oynadığı üçün yeməkxanadan qovulub. Dəhlizdə müəllimlə qarşılaşan uşaq ona zorakılıq göstərib. Bundan sonra balaca oğlan psixiatrik ekspertizaya göndərilib və oradan da sərbəst buraxılıb.

Oğlanın anası iddia edir ki, övladının heç bir psixoloji problemi yoxdur. O, məktəb rəhbərliyini və polisi məhkəməyə verəcəyini deyib.

 

publika.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh