“Bu il biz yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq”

Gündəm 30 Yanvar 2018 09:51 Oxunub 923
“Bu il biz yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sumqayıtdan Rusiya sərhəddinə qədər yeni yol çəkiləcək

Bu il Azərbaycanda 2 300 km avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək. Avtosfer.az xəbər verir ki, bunu “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib. “Keçən il şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin yolu tikildi, abadlaşdırıldı. Bu il isə minimum 600 kəndin yolu tikilməlidir. Bu məqsədlə kifayət qədər vəsait nəzərdə tutulub. Eyni zamanda, bu il biz yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq. Sumqayıt şəhərindən Rusiya sərhədinə qədər yeni yolun çəkilişi də nəzərdə tutulub”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh