Avtomobil icarəyə götürərkən diqqətli olun - Pulu yığıb yoxa çıxdılar - VİDEO
Avtoxəbər 31 Yanvar 2018 00:32 621 dəfə oxunub
Avtomobil icarəyə götürərkən diqqətli olun - Pulu yığıb yoxa çıxdılar - VİDEO
İcarəyə avtomobil götürmək istəyən şəxslər aldadılıblar

Özlərini avtomobil icarəyə verən şirkətin əməkdaşları kimi qələmə verən şəxslər vətəndaşları aldadıb. Onlar bir neçə şəxsdən 450-500 manat ilkin ödəniş kimi pul alıb ki, güya onlara taksi fəaliyyəti üçün avtomobil verəcəklər. Pul aldıqdan bir neçə gün sonra isə onlar ofisi bağlayıb, telefonlarını isə söndürüblər.

Hadisə paytaxtın Xətai rayonunda olub. Özlərini icarəyə avtomobil verən şirkət kimi tanıdan üç nəfər, bir neçə şəxsdən 450 və 500 manat alaraq onlara taksi fəaliyyəti ilə məşğul olmaq üçün maşın verəcəklərini vəd ediblər. Bundan sonra isə gündəlik 15 manat ödəniş edilməsi üçün razılığa da gəliblər.

Həmin gündən Məmmədhəsən Abdullayev kimi Rövşən Ələkbərov və Yadigar Mahmudov da pul verdikləri şəxsləri axtarırlar. Zərərçəkmişlərin sözlərinə görə, Əhməd Cəfərov və onun ortaqları İbrahim və Fərid pulu alaraq aradan çıxıblar. Dəfələrlə zərərçəkmişlər həmin şəxslərə pul verdikləri ofisə gediblər. Məlum olub ki, artıq həmin ofisdə başqa bir şirkət fəaliyyət göstərir.

Əlacsız qalan şəxslər ərazi üzrə 37-ci polis bölməsinə şikayət ediblər. Zərərçəkmişlər iddia edirlər ki, Əhməd Cəfərov və onun ortaqları təxminən 85 nəfəri avtomobil icarəsi adı ilə aldadıblar.

Məsələ ilə bağlı Əhməd Cəfərovun qardaşı Hacıağa Cəfərov bildirdi ki, qardaşı və onun ortaqlarının bu qanunsuz əməli ilə bağlı Xətai rayon Polis İdarəsində cinayət işi başlanıb. Yaxın günlərdə bütün zərərçəkmişlərə dəymiş ziyan hissə-hissə də olsa qaytarılacaq.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh
logman | 14 Fevral 2018 07:37
baki