Həkimlər uşaqlar üçün “Facebook” messencerini bağlamağı tələb edirlər

Texnologiya 31 Yanvar 2018 00:40 Oxunub 1154
Həkimlər uşaqlar üçün “Facebook” messencerini bağlamağı tələb edirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial şəbəkənin banisi Mark Sukerberqə bu barədə açıq məktub ünvanlanıb

ABŞ-ın "Reklamsız uşaqlıq naminə” (Campaign For a Commercial-Free Childhood) təşkilatı "Facebook”un 13 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulan "Messenger Kids” proqramını bağlamağı tələb edir. Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, təşkilatın nümayəndələri sosial şəbəkənin banisi Mark Sukerberqə bu barədə açıq məktub ünvanlayıb. Sənədi 110-dan çox həkim, pedaqoq, psixoloq və uşaqlarla işləyən digər mütəxəssislər imzalayıb. Məktub müəlliflərinin fikrincə, messencer vasitəsi ilə ünsiyyət uşağın inkişafina mənfi təsir göstərir. Onlar sosial şəbəkələr və yeniyetmə depressiyası arasında əlaqənin müəyyən olunması üzrə tədqiqatların nəticələrinə əsaslanırlar. "Azyaşlı uşaqlar sosial şəbəkələrdə ünsiyyət qurmağa hazır deyillər. Onlar internet vasitəsi ilə ünsiyyətin qəlizliyini başa düşmək üçün yetərincə böyüməyiblər və bu, əksər hallarda anlaşmazlığa və münaqişələrə gətirib çıxarır”, - deyə müraciətdə vurğulanır.

Qeyd edək ki, "Facebook” sosial şəbəkəsi "Messenger Kids” proqramını ötən ilin dekabr ayında istifadəyə verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh