Özünü 22-ci mərtəbədən atan şəxs bu maşının üzərinə düşdü - FOTOLAR

Avtosfer Foto 31 Yanvar 2018 01:21 Oxunub 4760
Özünü 22-ci mərtəbədən atan şəxs bu maşının üzərinə düşdü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mərhumun beyin nahiyyəsinin qalıqları əraziyə dağılıb

Bakının Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb. Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb. O, hadisə yerində keçinib. Avtosfer.az hafta.az-a istinadən xəbər verir ki, hadisə "Tri Karona” adlanan binaların yerləşdiyi ərazidə qeydə alınıb. İntihar edən şəxs 22-ci mərtəbədən "Araz” marketin qarşısında dayanmış avtomobilin üzərinə atıb. Saytın əməkdaşının hadisə yerindən qeydlərinə baxaq: Biz hadisə yerinə çatanda ərazidə süpürgəçi işləyən xanım ətrafdakı qan gölünü vedrələrə yığaraq təmizləyirdi. Qan qoxusu bütün ətrafı bürümüşdü və ürəkbulandırıcı mənzərə var idi. Ərazidə olan sakinlər bildirdilər ki, Nicat Vəliyev gecə saat 02:00 radələrində 24 mərtəbəli binanın 22-ci mərtəbəsindən atıb. O, sahibinin kimliyi hələlik dəqiqləşdirilməyən 90LH 471 "Tofaş – Şahin” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə ciddi ziyan dəyib. Maşının dam hissəsi çöküb və şüşələri ətrafa çiliklənib.

Ərazidə taksi sürücüsü kimi işləyən bir nəfərin isə ürəkbulandırıcı mənzərəyə tükürpədən nəzərlərlə baxaraq bu cümləni söylədiyini xatırlayıram: "Burada yaşamırdı, yaşasaydı tanıyardıq. Özünü də bədbəxt etdi, sahibi ortaya çıxmayan "Tofaş”ı da. Bu maşın ələ gələsi deyil. Düzəltsə də sürə bilməz...”.

Mərhumun beyin nahiyyəsinin qalıqları isə təxminən on metrlik əraziyə dağılıb. Beyin nahiyəsinin qalıqlarını ətrafda hərəkət edən avtomobillərin təkərlərində də müşahidə etmək olurdu.

Sakinlərdən intihar edən şəxsin həmin binada yaşayıb-yaşamadığını soruşduq. Ərazidə yaşayanlar və taksi sürücüləri bildirdilər ki, həmin şəxsi tanımayıblar. Bəziləri isə təzəliklə burada kirayə qaldığını söyləyib.

Binanın təhlükəsizliyinə nəzarət edən posta yaxınlaşdıq. Yaşlı bir nəfər dedi ki, növbəni səhər saatlarında dəyişdiyi üçün hadisədən xəbəri yoxdur. Başqa bir nəfər isə gecə növbəsində olan şəxsin izahat alınması üçün prokurorluğa dəvət olunduğunu bildirdi: "Hadisədən xəbər tutanda gec olub. Həmin vaxt artıq oğlan intihar edibmiş. Görən kimi polisə məlumat verib”.

Sakinlər bildirdilər ki, intihar edən şəxsə yaxın ərazidə çilingər işləyən bir nəfər mane olmağa çalışıb. Amma mümkün olmayıb. Həmin şəxs isə ortalıqda görünmürdü.

İntiharın detalları isə məlum deyil. Daha doğrusu, sakinlər "yad adam”ın niyə həmin binada intihar etməsinin səbəbini bilmədiklərini deyirlər.

Ərazidə intihar edən şəxsin yaxınlarından bir kimsə yox idi. Bina sakinlərinin sözlərinə görə, prokurorluq əməkdaşları intihar edən şəxsin kimliyini də üzərindəki şəxsiyyəti təsdiq edən sənəddən müəyyənləşdirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh