“Toyota” şirkəti avtomobillərin satışına görə üçüncü yeri tutub
Avtobazar 31 Yanvar 2018 12:57 320 dəfə oxunub
“Toyota” şirkəti avtomobillərin satışına görə üçüncü yeri tutub
Şirkət ötən il 10 milyon 300 min avtomobil satıb

Yaponiyanın “Toyota” şirkətinin rəhbərliyi 2017-ci ildə bütün dünyada avtomobillərin satışı üzrə hesabatı dərc edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, şirkət müvafiq olaraq, birinci və ikinci yerləri tutan “Volkswagen” və “Renault” şirkətlərindən sonra üçüncü olub. Şirkətin nümayəndələri bildiriblər ki, “Daihatsu” və “Hino” şirkətlərinin də daxil olduğu “Toyota” ötən il 10 milyon 300 min avtomobil satıb. Bu, 2016-cı ilin göstəricisini 2,1 faiz üstələyir. Analitiklərin rəyinə görə, Yaponiya şirkəti rəqiblərindən fərqli olaraq Çində satışları fəallaşdıra biləməyib. 2017-ci ildə “Toyota” son beş ildə ilk dəfə bu ölkədə birinci yeri əldən verib.

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh