“Hyundai” şirkəti 100 minə yaxın “Tucson” modelini geri çağırır

Avtobazar 31 Yanvar 2018 10:58 Oxunub 1726
“Hyundai” şirkəti 100 minə yaxın “Tucson” modelini geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillər 2016-cı ilin iyun-avqust ayında istehsal olunub

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” Çindəki zavodunda istehsal olunan 63 min 852 “Tucson” modelini elektrik sistemindəki qüsurlara görə geri çağırır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, geri çağırılan avtombillər ötən ilin aprel-oktyabr ayında “Hyundai”ın Pekindəki yığım zavodunda buraxılan nəqliyyat vasitələridir. Prosesə fevralın 1-dən başlanılcaq və bütün qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq. “Hyundai” bundan başqa, sürət qutusunun idarəetmə sistemindəki problemlə əlaqədar 33 min 722 “Tucson” modelini də geri çağıracaq. Bu avtomobillər 2016-cı ilin iyun-avqust ayında istehsal olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh