Şvarseneger avtomobilini 2,5 milyon dollara satdı - FOTO

Avtodünya 31 Yanvar 2018 15:06 Oxunub 1854
Şvarseneger avtomobilini 2,5 milyon dollara satdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun maksimal sürəti saatda 410 kilometrdir

Aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneger özünün "Bugatti Veyron" avtomobilini 2,5 milyon dollara satıb. Avtomobili lüks avtomobillər üzrə diler Obi Okeke alıb. "Grand Sport Vitesse" modifikasiyalı avtomobil 2014-cü ildə istehsal edilib. O, 1600 kilometr məsafə qət edib. Aktyorun avtomobili saatda 100 kilometr məsafəni qət etmək üçün tələb edilən sürəti 2,6 saniyəyə yığır. Onun maksimal sürəti saatda 410 kilometrdir.

Daha əvvəl Avstriyanın "Kreisel" firması Şvarseneger üçün dünyada ilk "Hummer H1" elektrik avtomobili hazırlayıb İki elektrik mühərriklə təchiz olunmuş avtomobil 490 at gücündədir. Onun batareyalarının tutumu isə 100 kilovat saatdır. (report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh