Artıq avtomobillər sizin yerinizə alış-veriş edəcək - FOTOFAKT

Avtodünya 31 Yanvar 2018 16:25 Oxunub 1783
Artıq avtomobillər sizin yerinizə alış-veriş edəcək - FOTOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Park etmə funksiyasının da təkmilləşdirildiyi ağıllı qurğu qəza hallarını da minimuma endirə bilir

Deyv Ferqson və Ciyacun Zu adlı iki mühəndis sürücüsüz avtomobil kəşf ediblər. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, bu texniki yenilik alış-verişi tək başına edib, ünvana çatdırılma xidmətini yerinə yetirir. Artıq nümunə versiyası öz təstiqini tapan avtomobil ən son müştərisinə kimi xidmət etməklə kodlaşdırılıb. Şirkət rəsmiləri bu avtomobillə bağlı “həm sürətli, həm etibarlı, həm də ki, alış-verişdə odəmələri edə bilən ağıllı bir vasitə” kimi dəyərləndirirlər. Ağıllı avtomobil ilk baxışda çörəkbişirmə mexanikasını xatırlatsa da funksiyaları çoxdur. Belə ki, bu yeni kəşfin nə pəncərələri, nə də sürücü sükanı yoxdur.

Maraqlı məqam isə ondan ibarətdir ki, bu mexanizmdə 360 dərəcni görə bilən kamera, yol hərəkəti qaydalarına, sürət həddinə əməl edən program sistemi də yerləşdirilib. “Məqsədimiz insan transferi deyil, məhsul və paketlərin ünvanlara çatdırılmasıdır”- deyən rəsmilər, heç bir texnikadan nümunə götürülmədiyini də bildirib.

Park etmə funksiyasının da təkmilləşdirildiyi ağıllı qurğu qəza hallarını da minimuma endirə bilir. Həsas dizayn edilən bu mexanizmdə qarşısına çıxan maneələrə zərər vurmaması üçün təhlükəsizlik tədbirləri yüksək həddə düşünülüb.

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh