Çoban Xanışın oğlu arvadını öldürdü

Gündəm 7 May 2014 13:33 Oxunub 1607
Çoban Xanışın oğlu arvadını öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazim Şahıyev sərxoş vəziyyətdə evə gəlib və …

Lerik rayonunda qətl hadisəsi baş verib. Anspress-in verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Nazim Xanış oğlu Şahıyev həyat yoldaşını qətlə yetirib. Hadisə ötən gün axşam saat 19-radələrində baş verib. Belə ki, Nazim Şahıyev axşam saatlarında sərxoş vəziyyətdə evə gəlib. Arvadı, 1975-ci il təvəllüdlü Səkinə Şaban qızı Əliyeva ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman qadın həyətə düşərək Daxili İşlər Naziriliyinin 102 xidmətinə zəng edərək əri tərəfindən təhdidlərə məruz qaldığını bildirib. Arvadını izləmək üçün çölə çıxan kişi onun adıçəkilən xidmətə zəng etdiyini görüb. O. evə qayıdaraq mətbəx bıçağını götürüb. Qadını bıçaqlamaq üçün onun arxasınca qaçmağa başlayıb. Bu zaman Səkinə Əliyeva qaçaraq qonşunun həyətinə girmək istəsə də, buna nail ola bilməyib. N.Şahıyev ona qonşunun qapısının yanında 6 bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Lerin rayon Prokurorluğunun müstəntiqi Abdulla Abdullayev faktı təsdiqləyib. Müstəntiq bildirib ki, cütlük boşansalar da, bir evdə yaşayıblar. Hadisəni törədən şəxs artıq saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, N.Şahıyev Çoban Xanışın oğludur. Xanış kişi 2009-cu ildə 77 yaşında vəfat edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh