Yol polisinin cənnət-cəhənnəm seçimi - LƏTİFƏ

Yol polisi 8 Yanvar 2015 11:57 Oxunub 4004
Yol polisinin cənnət-cəhənnəm seçimi - LƏTİFƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İmkan varsa məni elə yolayrıcına verin

Avtosfer.az saytı yol polisi ilə bağlı daha bir maraqlı lətifəni diqqətinizə çatdırır:

Günlərin bir günü bir yol polisi işçisi ölür. O dünyada bunu sorğu-sual edirlər. Baxırlar ki, polisin yaxşı və pis əməlləri 50/50-dir. Cənnət-cəhənnəm söhbətində yol polisinə şans verirlər və soruşurlar;

- Cənnətə getmək istəyirsən, yoxsa cəhənnəmə?

Yol polisi sevinə-sevinə cavab verir:

- İmkan varsa mənə elə cənnətlə cəhənnəmin yolayrıcını verin, ikisinin arasında başımı aşağı salıb işləyim. O dünyada da elə əsas yerim yolayrıcı idi. Yaxşı işləyirdim…

ŞƏRH YAZ
Ad

E-mail

Şərh