Lənkəran sakini qeyri-adi ekonomik traktor düzəltdi - VİDEO

Xəbərlər 2 Fevral 2018 00:40 Oxunub 1544
Lənkəran sakini qeyri-adi ekonomik traktor düzəltdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
10 saata cəmi 4 litr yanacaq işlədir

Zavod istehsalı olan və əl ilə idarə olunan kiçik texnikanın funksiyasını dəyişdirərək, mini traktor düzəldib. Lənkəran sakini Novruzəli Nobatovun düzəltdiyi bu texnika 10 qat artıq iş görür.. 25 ildir avtomobil təmir sexində dəmirçi işləyən usta təsərrüfat işlərində istifadə olunan və əl ilə idarə edilən ikitəkərli texnikanı mini traktora çevirib. O, əlavə detallar kimi "Jiquli" avtomobilinin ehtiyat hissələrindən istifadə edib. İndi bu texnika daha çox iş görür. Əsasən də kartof sahələrində əlavə avadanlıqlar qoşmaqla ondan daha səmərəli istifadə etmək mümkündür.

Kənd təsərrüfatı texnikası 10 saata cəmi 4 litr yanacaq işlədir. Novruzəli Nobatov sözlərinə görə, mini traktoru hazırlanmasına 1000 manata qədər pul xərcləyib. Usta texnikanı daha da təkmilləşdirmək niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh