Bunu etsəniz 2500 manat cərimə olunacaqsınız - Qanun dəyişdi

Qaydalar 2 Fevral 2018 01:25 Oxunub 2729
Bunu etsəniz 2500 manat cərimə olunacaqsınız - Qanun dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib

Parlamentin növbəti iclasında İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması müzakirə edilib. Avtosfer.az xəbər verir ki, təklif edilən 395.0.7-ci maddəyə əsasən, "Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə” görə cərimələr müəyyənləşdirilir. Buna görə fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 1500 manatdan 2500 manata, hüquqi şəxslər isə 10000 manatdan 15000 manata qədər cərimələnəcəklər.

Layihə səsə qoyularaq qəbul edilib. 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh