Tuneldə mübahisə edən sürücülər ağır yol qəzasına səbəb oldular - FOTO
Avtoxəbər 2 Fevral 2018 01:45 3103 dəfə oxunub
Tuneldə mübahisə edən sürücülər ağır yol qəzasına səbəb oldular - FOTO
Onlar yolu bağladıqlarından iki yük maşını bir-birinə çırpılıb

Paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza zamanı iki yük maşını toqquşub. 99-CE-034 dövlət qeydiyyat nişanlı "Shacman" markalı yük avtomobilinin 1973-cü il təvəllüdlü sürücüsü Abbasov Tərlan Əldilşad oğlu idarəetməni itirərək qarşıda hərəkət edən "Kamaz"ın qəfil əyləcdən istifadə etməsi nəticəsində, ona çırpılıb. Nəticədə T.Abbasov sol ayağından sınıq xəsarətləri alıb. Kabinada sıxılıb qalmış yaralı ətrafdakıların köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində "Kamaz" markalı yük avtomobilindən yola qum dağılıb. Tuneldə qısamüddətli sıxlıq yaranıb.

Hadisə yerinə cəlb olunmuş Yol Patrul Xidməti əməkdaşlarının verdiyi məlumata görə, "Kamaz"ın qəfil əyləcdən istifadə etməsinə səbəb onun qarşısında iki "VAZ-2107" markalı avtomobil sürücüsünün maşınları tunelin ortasında saxlayaraq mübahisə etmələri olub.

Fakt araşdırılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh