Həm yol vermir, həm də narazılıq edir - 10-PB-014 - VİDEO
Avtoreyd 2 Fevral 2018 10:30 1530 dəfə oxunub
Həm yol vermir, həm də narazılıq edir - 10-PB-014 - VİDEO
"BMW"-nin sürücüsü qismən dairəyə daxil olub

Yanvarın 30-da paytaxtın Mikayıl Müşviq küçəsində yerləşən dairədə hərəkət edən sürücü həmin dairədən çıxıb Mətbuat prospekti istiqamətinə gedən zaman digər istiqamətdən gələn sürücünün əsassız etirazı ilə rastlaşıb. Avtosfer.az xəbər verir ki, sürücü dairənin sağ zolağına yerdəyişmə edən zaman sağ tərəfdən dairəyə yaxınlaşan 10-PB-014 qeydiyyat nişanlı "BMW"markalı avtomobilin sürücüsü səs siqanlı ilə öz narazıçılığını bildirib. Burada qayda pozan "BMW"-nin sürücüsüdür.Amma buna baxmayaraq o,qabaqdan gəlmişlik edərək səs siqnalı verib üstünlüyə malik olan sürücünü haqsız hesab edir. O, dairədə hərəkət edən avtomobillərə yol verdikdən sonra həmin dairəyə daxil ola bilərdi. Lakin videoda aşkar şəkildə görünür ki, "BMW"-nin sürücüsü qismən dairəyə daxil olub.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh