"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirilib
Yarışma 2 Fevral 2018 11:00 392 dəfə oxunub
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirilib
Bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb

2018-ci ildə keçiriləcək "Formula-1" üzrə bütün Qran-prilərin başlama saatı dəyişdirilib. "Report"un məlumatına görə, bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb. Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 15:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib. İndi onlar Qran-pridən əvvəl daha çox reklam verə biləcəklər. Bu il aprelin 27 - 29-da keçiriləcək Azərbaycan Qran-prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh