Avtomobil piyadanı vurub - Ağdaşda
Avtoxəbər 2 Fevral 2018 11:12 240 dəfə oxunub
Avtomobil piyadanı vurub - Ağdaşda
Faktla bağlı araşdırma aparılır

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 09:30 radələrində Ağdaş şəhərində qeydə alınıb. Minik avtomobili yolu keçən piyada, 1971-ci il təvəllüdlü İsmayılov Hüseyn Əsabi oğlunu vurub. Ağır bədən xəsarətləri alan H. İsmayılov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh