Yol polisi qəza törədən şəxsi niyə evə göndərib?

Gündəm 2 Fevral 2018 16:35 Oxunub 1446
Yol polisi qəza törədən şəxsi niyə evə göndərib?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Dedilər "səni tanıyırıq, narahat olma, yaxşı olacaq"

Son aylarda şəhid Elton Əkbərovun qızı 3 uşaq anası Könül Əkbərovanı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu, 17 yaşlı Rəhim Rəhimov ölkə gündəmindədir. Onun atası Akif Rəhimov "Xırdalan Xəz"  Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri, əmisi Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidr.

R.Rəhimovun dünənki məhkəmə prosesində verdiyi ifadə isə yenidən ictimaiyyət arasında aktiv müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, sürücülük vəsiqəsi olmadan atasının “Jeep”ini sürücüdən alaraq sürən R.Rəhimov yağışlı hava olduğu üçün yolu görmədiyini və istəmədən K.Əkbərovanı vurub öldürdüyünü bildirib.

R.Rəhimov həm də hadisə yerindən qaçmaqda ittiham edilir. Lakin o istintaqın bu iddiası ilə razılaşmayıb və onu hadisə yerindən yol polislərinin göndərdiyini qeyd edib: “Hadisə yerinə gələn polislər soruşdu, dedim mən etmişəm. Sonra başqa polislər də gəldi, dedilər "səni tanıyırıq, narahat olma, yaxşı olacaq". Yəqin maşının nömrəsindən valideynlərimi tanıyıblar. Mən onlara özümü təqdim etmədim, onlar hər şeyi yaxşı bilirlər. Polislər müəyyən səbəblərə görə mənə dedilər ki, "hadisə yerindən uzaqlaş, taksiyə min get, atana xəbər ver, sürücünüz bura gəlsin". Fikirləşdim yəqin atamla əmimi tanıdıqları üçün özləri yoluna qoyacaqlar. Polis maşınları YP 251, YP 254 idi, sonra da yuxarılardan olan YP 250 gəldi. Mən də getdim. Sürücümüz Əmrulla ora gəldi, həmin gündən sonra da mən başqa sürücümüzlə universitetə gedib-gəlirdim. Hadisədən sonra da ən azı 1 saat orada qalmışam”.

http://qafqazinfo.az/uploads/images/01(9).jpg

 

R.Rəhimovdan sonra isə şahid kimi Səbail rayon DYP əməkdaşı Asif Kərimov ifadə verib. O bildirib ki, hadisə yerinə gəldiklərində həmkarı, YP 250 nömrəli maşın artıq orada olub: "Qəza törədən maşının isə nömrələri çıxarılmışdı. Mən meyitin yanında dayandım, həmkarım Yasin də yolu tənzimləyirdi. Bu oğlan ağlaya-ağlaya danışırdı, adamlar da başına yığışırdı. Həmin adamların da kim olduğunu bilmirdik. Bəzən elə olanda sürücü ilə dava düşür, əlavə problem yaranırdı. Ona görə oğlanı biraz kənara uzaqlaşdırdıq, dedik get maşınların arasında dayan. Maşında bu oğlanın şəxsiyyətin təsdiqləyəcək heç bir sənədi yox idi. Sonra gəlib gördük ki, bu adam yoxdur. Müstəntiq gəlib hadisə yerinin müayinəsini apardı. Biz ona qəzanı 17 yaşlı gənc bir oğlanın törətdiyini dedik, amma onu axtaranda gördük yoxdu. Sonra araşdırma aparıldı, cəzalananlar da oldu”.

R.Rəhimov əlavə edib ki, onun maşının nömrələrini YP 250 seriyalı xidməti avtomobildə olan yol polisi əməkdaşı açaraq maşının baqajına qoyub.

R.Rəhimovun açıqlamasından sonra yol polislərinin hadisənin mahiyyətinin gizlətməyə təşəbbüs etmələri haqda sosial şəbəkələrdə ittihamlar səslənir, həmin polislərin nə üçün məsuliyyətə cəlb olunmaması haqda suallar verir. “Qafqazinfo” bununla bağlı hər hansı tədbirin olub – olmamasını öyrənmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb. Lakin polkovnik bu haqda hər hansı məlumata malik olmadığını bildirib.

 

Qeyd edək ki, hadisə günü həmin yerə gələn ailənin sürücüsü Əmrullah Şahbazov qəzanı özünün törətdiyini deyib, R.Rəhimov da qəza zamanı “Enerji” klubda olduğunu bildirib. İlkin olaraq da iş bu istiqamətdə aparılıb.

http://qafqazinfo.az/uploads/images/03(10).jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh