Yolu keçən 47 yaşlı piyadanı maşın vurub
Avtoxəbər 3 Fevral 2018 10:00 187 dəfə oxunub
Yolu keçən 47 yaşlı piyadanı maşın vurub
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər

Sumqayıt şəhərində yolu keçən 47 yaşlı piyadanı maşın vurub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1971-ci il təvəllüdlü Əli Canbala oğlu Alxasov yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh