Bakıda kişini vurub öldürən avtobus sürücüsü tutulub
Yol polisi 3 Fevral 2018 12:14 237 dəfə oxunub
 Bakıda kişini vurub öldürən avtobus sürücüsü tutulub
Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub

Fevralın 2-də  Bakı şəhər Binəqədi rayonunun A.Məmmədov küçəsində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “İsuzu” markalı avtobusla törədilməsi müəyyənləşib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü  -  Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub. 

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.          

  

ŞƏRH YAZ
Ad
E-mail
Şərh