Yol polisindən piyadalara VİDEO XƏBƏRDARLIQ - Mütləq ƏMƏL EDİN!
Yol polisi 5 Fevral 2018 16:16 815 dəfə oxunub
Yol polisindən piyadalara VİDEO XƏBƏRDARLIQ - Mütləq ƏMƏL EDİN!
Vaqif Əsədov: "Təbliğat işlərində medianın dəstəyi mütləqdir"

Ümumi hadisələrin sayı və ölüm hallarında azalma olsa da, piyada vurulma hadisələrində artım qeydə alınır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib kİ. 2016-cı il yol nəqliyyat hadisələri statistikasında piyada vurulma halları 62 faiz idisə, ötən il bu rəqəm 68 faizə yüksəldi: "Bu da çox ciddi narahatlıq doğurur. Hesab edirəm ki, təbliğat işlərində medianın dəstəyi mütləqdir”.

Onun sözlərinə görə, piyadalar əsasən, keçidlərə 100-120 metr məsafədə vurulur. 2017-ci ildə baş verən yol nəqliyyat hadisələrinin 445-i piyada vurulmasıdır. Nəticədə 154 nəfər ölüb, 311 nəfər isə xəsarət alıb. Bu hadisələrin 400-ə yaxını piyada keçidlərinə yaxın ərazilərdə baş verib. Ötən il piyada keçidlərindən istifadə etməyən 88 min piyada saxlanılıb. Bu qəzalar piyada səhlənkarlığı və sürücü diqqətsizliyi ilə bağlıdır.

Bu sahədəki vəziyyəti nəzərə alan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarını maarifləndirmək məqsədilə videoçarx hazırlayıb.

 

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh