Rusiya və Türkiyə təyyarələri son anda toqquşmadan yayındı - VİDEO
Avtosfer TV 4 Fevral 2018 00:53 1264 dəfə oxunub
Rusiya və Türkiyə təyyarələri son anda toqquşmadan yayındı - VİDEO
Türkiyə layneri toqquşmadan yayınmaq üçün sağ tərəfə doğru sərt manevr edib

Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsi İstanbulun Atatürk hava limanına eniş edərkən Türkiyənin "Pegasus" aviaşirkətinin həmin an havaya qalxmaqda olan laynerinin 250 metrliyindən keçib. "Report" "Haberturk" telekanalına istinadən xəbər verir ki, Moskvadan uçan təyyarənin pilotu güclü külək səbəbindən birinci cəhddə eniş edə bilməyib. Bu səbəbdən hava gəmisi təyyarələrin uçuş trayektoriyasına daxil olub.

İstanbuldan İzmirə uçmaq üçün yuxarı doğru sürət yığmaqda olan təyyarənin pilotu toqquşmadan yayınmaq üçün sağ tərəfə doğru sərt manevr edib. Rusiya layneri həmin zaman əks istiqamətdə dönüş edib.

Bundan sonra Rusiya təyyarəsi eniş edib, Türkiyə layneri isə uçuşunu davam etdirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Türkiyənin aviasiya idarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh