Hansının sürücüsü yol verməli idi? – SUALA DOĞRU CAVAB

Yarışma 29 Dekabr 2014 12:58 Oxunub 2218
Hansının sürücüsü yol verməli idi? – SUALA DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualınıın doğru cavabını və qalibin adını açıqlayır. Yol hərəkəti qaydaları üzrə bilikləri sınamaq üçün növbəti sualımız nəqliyyat vasitələrinin müxtəlif yol sahələrində manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Duracaqdan (parklanma yerindən) çıxmaq istəyən bu avtomobillərdən hansının sürücüsü yol verməlidir?

A) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər qarşılıqlı razılığa uyğun hərəkət etməlidirlər.

B) Boz avtomobilin sürücüsü yol verməlidir;

C) Qırmızı avtomobilin sürücüsü yol verməlidir.

Bu dəfə də suala çoxsaylı cavablar verilir. Lakin ilk  və əhatəli doğru cavabı verdiyi üçün Tural Rəhimli qalib gəlib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

Sualın daha dəqiq və geniş cavabı isə belədir: Şəkildə gördüyünüz hər iki avtomobilin sürücüsü duracaqdan (parklanma yerindən) çıxmaq istəyir. Bu zaman çıxışa doğru hərəkət etdikdə qırmızı avtomobil boz avtomobilin sağına düşür. «Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin 10-cu hissəsinə əsasən, nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Boz avtomobilin sürücüsü yol verməlidir.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

fikret 10 Noyabr 2014 22:55
Boz mashin
Kamil 10 Noyabr 2014 22:55
C bendi qirmizi avtomobilin surucusu