Diktatorun həyat yoldaşı ilə trolleybus gəzintisi - FOTO

Maraqlı 5 Fevral 2018 11:49 Oxunub 1587
Diktatorun həyat yoldaşı ilə trolleybus gəzintisi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kim Çen In görülən işdən razı qalıb

KXDR lideri Kim Çen In paytaxt zavodunda istehsal olunmuş yeni trolleybusda Pxenyanı gəzib. Səfər zamanı onu həyat yoldaşı Li Sol Cu və Koreyanın Əmək Partiyasının nümayəndələri müşahidə ediblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen In görülən işdən razı qalıb. Bundan əlavə, o, bu istiqamətdə işləri davam etməyə çağıraraq bildirib ki, bu, paytaxt nəqliyyatının idarəetməsini normallaşdırmağa imkan verəcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh