Gənc dizayner yeni layihəsini Formula-1 Azərbaycan Qran Prisinə həsr edib - FOTO

Avtosfer Foto 5 Fevral 2018 16:59 Oxunub 2122
Gənc dizayner yeni layihəsini Formula-1 Azərbaycan Qran Prisinə həsr edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Nəcəfov “Azerant”, “Azerant Buta”, “Qarabağ”, “Sahil” avtomobillərinin, həmçinin “Xəz-747” qırıcı təyyarəsinin də dizaynlarını işləyib

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini başa çatdırıb. Onun budəfəki layihəsi aprel ayında Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran Prisinə həsr edilib. Dizayner Azərtac-a bildirib ki, hazırladığı avtomobil layihəsi “F Az” adlanır.

Avtomobilin qrafik 3d dizaynını işləyən Ramil qeyd edib ki, “F Az” həm avtomat, həm də manual sürət qutusu ilə təchiz oluna bilər. Formula-1 maşınlarında ən vacib element hesab edilən əyləc sistemi 2500 selsi istiliyə davamlıdır. Bu, “F Az”da da tətbiq oluna bilər. Bütün idarəetmə sistemini avtomobilin sükanı vasitəsilə idarə etmək olar. Ramil yeni layihəsində Formula-1 pilotu üçün bolidin də nəzərdə tutulduğunu bildirib. O, hazırladığı vizual avtomobil dizaynın yerli mütəxəssislərlə yanaşı, Formula-1 həvəskarları tərəfindən də maraqla qarşılanacağına əmindir.

Qeyd edək ki, Ramil Nəcəfov “Azerant”, “Azerant Buta”, “Qarabağ”, “Sahil” avtomobillərinin, həmçinin “Xəz-747” qırıcı təyyarəsinin də dizaynlarını işləyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh