Sürücülərin diqqətinə - Karl Marks dairəsi bağlanacaq

Gündəm 5 Fevral 2018 20:57 Oxunub 1115
Sürücülərin diqqətinə - Karl Marks dairəsi bağlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtonəqliyyat vasitələrinin hərəkəti digər istiqamətlərə yönəldiləcək

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə (Karl Marks dairəsi) aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gecədən etibarən (fevralın 5-dən 6-na keçən gecə) bağlanacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Alı Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldiləcək.

Təmir-tikinti işləri sözügedən hissədə avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sürücülərdən diqqətli olmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh