Axşam düşməmiş zibil maşınları "Tarqovı"da nə gəzir? - VİDEO

Xəbərlər 6 Fevral 2018 00:05 Oxunub 1692
Axşam düşməmiş zibil maşınları "Tarqovı"da nə gəzir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tullantı daşıyan yük avtomobilləri tıxac yaradır

Paytaxtın mərkəzi küçələrində tullantı daşıyan yük avtomobillərinin yolda tıxac yaratmaları digər sürücüləri narahat edir. Yolun ən yüklü olan saatlarında bir tərəfdən də bunların yoldakı hərəkəti dayandıraraq tullantı yığmaları hərəkəti iflic edir. Sürücülərdən biri yolda həmin yük avtomobillərindən birini videoya çəkərək Avtosfer.az saytına göndərib. Sürücü haqlı etirazını edərək bildirir ki, axşam 20:00 radələrində paytaxtın mərkəzində tullantı daşıyan bu yük avtomobilləri tıxac yaradır. Ona görə də bu avtomobillər təyinatına görə gecə saat 24:00 dan sonra xidmət göstərsələr daha məqsədəuyğun olar. Tullantıları gecə saatlarında daşımaq həm onlar üçün rahat olar,həm də digər hərəkət iştirakçıları üçün.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh