Dünyanın ən balaca raketi kosmasa buraxılıb

Texnologiya 6 Fevral 2018 11:39 Oxunub 1553
Dünyanın ən balaca raketi kosmasa buraxılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Raket daşıyıcının uzunluğu 9,5 metr, diametri 52 santimetr təşkil edir

Yaponiya Kosmik Agentliyi (JAXA) dünyanın ən balaca raket daşıyıcısını fəzaya buraxıb. Trend-in məlumatına görə, Utinoura kosmodromundan buraxılan raket daşıyıcının uzunluğu 9,5 metr, diametri 52 santimetr təşkil edir. Bildirilir ki, raket daşıyıcının çəkisi isə 2,6 tondur. Raket fəzaya 3 kiloqram çəkisi olan eksperimental geoloji kəşfiyyat və rabitə peykini çıxaracaq. Qeyd edək ki, raketin buraxılışı bu il yanvarın 15-i nəzərdə tutulsa da, bu cəhd uğursuz alınmışdı. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh