“Airbus”ın uçan taksisi ilk uçuşunu keçirdi - VİDEO

Texnologiya 6 Fevral 2018 18:48 Oxunub 1320
“Airbus”ın uçan taksisi ilk uçuşunu keçirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Airbus Vahana”nın uzunluğu 6,2 metr, çəkisi 745 kq, qanadların genişliyi 5,7 metrdir

ABŞ-ın Oreqon ştatında “Airbus Vahana” uçan taksisinin prototipinin ilk sınaq uçuşu keçirilib. lent.az-ın verdiyi xəbərə görə, layihənin müəllifləri uçan taksinin 2020-ci ilə qədər rəsmən təqdim olunacağını bildiriblər. “İki il ərzində “Vahana” konseptual eskizdən özünün ilk uçuşunu uğurla yerinə yetirən hərtərəfli təyyarəyə çevrildi”, - deyə layihə mnüəlliflərindən biri - Zak Lavering söyləyib. “Airbus Vahana”nın uzunluğu 6,2 metr, çəkisi 745 kq, qanadların genişliyi 5,7 metrdir. Uçan taksinin San Fransiskodan San Xose şəhərinə 18 dəqiqəyə çatacağı gözlənilir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh