F-1-in “start qızları” etiraz edir: Çörəyimizi əlimizdən aldılar

Yarışma 7 Fevral 2018 09:47 Oxunub 2196
F-1-in “start qızları” etiraz edir: Çörəyimizi əlimizdən aldılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ferrari” pilotu Sebastyan Fettel bunun cəfəngiyyat olduğunu söyləyib

Məlum olduğu kimi, Formula-1 rəhbərliyi bundan sonra avtopilotları yarış meydanına müşayiət edən “grid-girls”, yəni “start qızları”nın xidmətlərindən yararlanmamaq qərarına gəlib. Onillər ərzində mövcud olmuş ənənəni femministlər “istismar”a bərabər tutub; ittihamlardan sonra Formula-1 direktoru Şon Bratçes bu ənənənin “brendin dəyərlərinə və müasir sosial normalara” zidd olduğunu bəyan etmişdi.

“Ferrari” pilotu Sebastyan Fettel bunun cəfəngiyyat olduğunu söyləyib. Çempionatın keçmiş rəhbəri Berni Eklstoun və “Mercedes”in direktoru Niki Laud da onunla bu məsələdə həmrəydir. “Start qızları” feministlərin bu yolla qadın haqlarının müdafiəsinə qalxmasını pisləyib.

Britaniyalı model Loren Ceyd Poup  “grid-girls” təcrübəsinin ləğv olunması qərarını belə şərh edib:

“Feministlər çörəyimizi əlimizdən aldı. Uzun illərdir ki, “start qızı”yam, bu vəzifəni yerinə yetirən zaman heç vaxt diskomfort hiss etməmişəm. Öz işimi sevirəm. Belə olmasaydı, bu işlə məşğul olmazdım. Heç kim bizi buna məcbur etmir. Bu, öz seçimimizdir”.

“Özümə bu sualı verirəm, feministlər, həqiqətənmi, digər qadınların qeydinə qalır, yoxsa bu, paxıllıqdan irəli gəlir?”, - deyə başqa bir start qızı Oliviya rouz Hayvard gileylənib. “Grid-girl” Rebekka Kuper isə öz işini sevdiyini və iş başında olan zaman təhqirlər və kişilər tərəfindən nalayiq hərəkətlərlə qarşılaşmadığını deyir.

“Labüd hadisə baş verdi. “Grid-girls” ləğv olundu. Başqa qadınların haqları uğrunda mübarizə apardığını iddia edən qadının başqasının başına ağıl qoyması, bizə sevdiyimiz, qürur duyduğumuz işimizi görməyə imkan verməməsi çox gülüncdür”, - deyə model bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh