Bakıda xanım YPX əməkdaşı xanımları cərimələdi - FOTO/VİDEO

Avtoreyd 7 Fevral 2018 11:24 Oxunub 11409
Bakıda xanım YPX əməkdaşı xanımları cərimələdi - FOTO/VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk dəfə olaraq piyadalara qarşı reyddə YPX-nın qadın əməkdaşı iştirak edib

Bu gün yol patrul xidməti əməkdaşları qayda pozan piyadalara qarşı reyd keçirib. İlk dəfə olaraq reyddə YPX-nın qadın əməkdaşı iştirak edib. Polis serjantı Turan Daşdəmirova reyd zamanı qaydaları pozan xanım piyadaları saxlayıb. Bəzilərinə xəbərdarlıq olunub, bir sıra piyadalara inzibati qaydada cərimə tətbiq edilib.

Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşı bildirib ki. bəzi xanım piyadalar “nişanı görmədim”, “həkimdən gəlirəm”, “belim ağrıyır keçidə girə bilmirəm” kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışıblar. Reyd Bakının 20 Yanvar dairəsində, Bayraq meydanının yaxınlığında, Azadlıq meydanının ətrafında və Nobel prospektində keçirilib. Keçidlərin ətrafından yolu keçən piyadalar saxlanılıb, onlara hüquq və vəzifələri izah olunub. 100-ə yaxın piyadadan 30-na cərimə yazılıb, digərlərinə xəbərdarlıq edilib. Ən biabırçı vəziyyət Nobel prospektində müşahidə olunub. Burada yerüstü keçidlərin altından yolu keçərək qəza şəraiti yaradan piyadaların əksəriyyəti gənclər olub. Onların bəziləri qaçsa da, çoxuna cərimə yazılıb.

Reyddən fotoları və videonu təqdim edirik:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh