«Tofaş»ı «sıxdılar, “Chevrolet”ə çırpıldı

Qəzalar 7 May 2014 14:25 Oxunub 1729
«Tofaş»ı «sıxdılar, “Chevrolet”ə çırpıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın baş verəmsinə sürücünün səhlənkarlığı səbəb olub

Bakının Xətai rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. ANS TV-nin məlumatına görə, bu dəfə qəzanın baş verməsinə səbəb piyadalar yox, elə sürücünün özünün səhlənkarlığı olub. Onlardan “Şevrolet” markalı minik maşını yolun kənarında dayanmış olub. “Tofaş” markalı digər minik maşını isə şəhərin mərkəzindən Zığ yolu şossesi istiqamətində hərəkət edirmiş. Ancaq iş elə gətirib ki, “Chevrolet” markalı avtomaşına çatdıqda sürücü idarəetməni itirib və onun avtomaşını hərəkətsiz olan avtomaşına dəyərək qəza törədib. Qəzada hər iki avtomobilə ciddi ziyan dəysə də, yaxşı ki, xəsarət alan olmayıb. Yol qəzasının təfərrüatlarına aydınlıq gətirilməsi üçün əraziyə Xətai Rayon Dövlət Yol Polis şöbəsinin müfəttişləri cəlb olunub və toquşma sahəsinə baxış keçirilib. “Tofaş” markalı avtomaşının sürücüsünün müfəttişlərə verdiyi məlumatdan aydın olur ki, onu eyni istiqamətdə hərəkət edən başqa bir nəqliyyat vasitəsi sıxıbmış. Bu hələlik əldə olunan ilkin versiyadır. Təfərrüatlar araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh