Qadının halı pisləşdi, əri yol polisindən kömək istədi - Amma...
Yol polisi 7 Fevral 2018 17:44 3356 dəfə oxunub
Qadının halı pisləşdi, əri yol polisindən kömək istədi - Amma...
Gənc qadın YPX avtomobili ilə xəstəxanaya çatdırılsa da, orada ölüb

Mingəçevir şəhərində gənc qadın müəmmalı şəkildə ölüb. Avtosfer.az Report-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında şəhərin "Günəşli" yaşayış massivində baş verib. Hələlik adı məlum olmayan 26 yaşlı qadın kirayə yaşadığı evdə huşunu itirib. Bunu görən əri dərhal küçəyə çıxıb və Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarından kömək istəyib. Gənc qadın YPX avtomobili ilə xəstəxanaya çatdırılıb. İlkin müayinələr zamanı qadının öldüyü məlum olub. Faktla bağlı araşdırmalara başlanılıb.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh