Usta təmir etdiyi maşınla radara düşdü - Cəriməni kim ödəməlidir? - VİDEO

Xəbərlər 8 Fevral 2018 01:09 Oxunub 1590
Usta təmir etdiyi maşınla radara düşdü - Cəriməni kim ödəməlidir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəymiş zərər usta tərəfindən ödənilməldir

Avtomobilini təmir məqsədi ilə ustaya verən şəxs cərimə edilib. Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxt sakini Vüqar Babyevin başına gəlib. Sürücünün sözlərinə görə, avtomobilində yaranmış nasazlıqları aradan qaldırmaq üçün usta yanına gedib. Usta işinin çox olduğunu deyərək sürücüdən avtomobilini qoyub getməsini təklif edib.

Sürücü Vüqar Babayev araşdırma apardıqdan sonra müəyyən edib ki, avtomobil ustada təmirdə olan vaxt cərimə edilib. O, usta ilə tanış olduğu üçün məcbur qalıb cəriməni özü ödəyib.

Məsələ avtomobili ustaya təmirə verərkən bu cür hadisələrin baş verməməsini aktuallaşdırır.

Usta Sahil Ağabəyov deyir ki, belə olduqda sürücü ilə aralarında heç bir razılıq sənədi olmur. Usta təmir etdiyi avtomili öncə özü idarə edib yoxlayır, daha sonra sahibinə təhvil verir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseyonovun sözlərinə görə, usta təmir etdiyi avtomobili sahibinin icazəsi olmadan yalnız servis daxilində idarə edə bilər. Kənara çıxarsa, bu qanun pozuntusudur.

Əks halda, avtomobillə hər hansı bir qəza və yaxud da yol hərəkəti qaydası pozularsa, burada cavabdeh şəxs ustadır. Yəni dəymiş zərər usta tərəfindən ödənilməldir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh