Yol-nəqliyyat hadisəsi 2 şagirdin həyatına son qoydu - VİDEO

Qaydalar 8 Fevral 2018 01:15 Oxunub 1395
Yol-nəqliyyat hadisəsi 2 şagirdin həyatına son qoydu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki hadisəni yük avtomobili törədib

Məktəbdən çıxıb evə gedən şagird traktorun altında qalaraq dünyasını dəyişib. Avtosfer.az-ın məlumatına görə, hadisə dünən günorta saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində baş verib. Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Cavadov sinif yoldaşları ilə birlikdə məktəbdən çıxıb evə gedərkən qəsəbə sakini İdris Ağaməmmədovun idarə etdiyi qoşqulu traktora tərəf qaçıb. Bu zaman Əli Cavadov traktorun qoşqusunun arxa təkərinin altına düşüb. Traktorun qoşqusu Əlinin başının üstündən keçib. Nəticədə azyaşlı hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Tovuzda da yük avtomobili azyaşlını vurub. Hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini 26 yaşlı İbrahim Abbasovun idarə etdiyi mişar daşı ilə yüklü avtomobil 7 yaşlı Elvin Əsgərovu yoldan keçən zaman vurub. Uşaq hadisə yerində ölüb. Rayon prokurorluğundan verilən məlumata görə, ölüm faktı ilə bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh