İçində sərnişin olan pilotsuz uçan aparat sınaqdan keçirildi - DÜNYADA İLK - VİDEO

Avtoxəbər 8 Fevral 2018 01:35 Oxunub 1357
İçində sərnişin olan pilotsuz uçan aparat sınaqdan keçirildi - DÜNYADA İLK - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparat 100 km/saata qədər sürət yığa və havada 25 dəqiqəyə qədər qala bilir

Çin dünyada ilk dəfə olaraq içində sərnişin olan “Ehang 184” pilotsuz uçan aparatını sınaqdan keçirib. İKT.lent.az-ın “Regnum” agentliyinə istinadən xəbərinə görə, bu barədə Çin Xalq Respublikası televiziyası məlumat verib. Sınaqların videosu EHANG “Youtube” kanalında dərc edilib. Sürücüsüz uçan aparat 100 km/saata qədər sürət yığa və havada 25 dəqiqəyə qədər qala bilir. Aparat həmçinin bir sərnişini və ya 100 kiloqrama qədər yükü daşıya bilir. Bununla belə, aparatın maksimal uçuş uzaqlığı 500 metrə qədər təşkil edir. “Ehang 184”-ün enerji ilə tam doldurulması üçün iki saata yaxın vaxt tələb olunur. Tərtibatçıların sözlərinə görə, onlar artıq 2018-ci ildə dünyanın 80 faiz ölkəsində uçuşlara icazə almaq niyyətindədirlər. Sürücüsüz uçan aparatın təxmin edilən qiyməti 200 mindən 300 min dollara qədər təşkil edir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh