Bakıda yol polisini belə şərlədilər – VİDEO

Yol polisi 12 Yanvar 2015 15:18 Oxunub 3672
Bakıda yol polisini belə şərlədilər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin cərimə meydançasına aparılmasına etiraz edin qadın görün nələr etdi

Bu hadisə Bakıda baş verib. Avtosfer.az-ın məlumatına görə, dəqiq tarix məlum olmasa da, görünən odur ki, yol polisləri saxladıqları avtomobili cərimə meydançasına aparırlar. Sürücünün yaxını olan bu qadın isə elə səslər çıxarıb polisin üstünə hücum çəkir ki, ətrafdakılar sanki kiminsə möhkəm döyüldüyünü zənn ediö ora yaxınlaşırlar. Amma videodan məlum olur ki, qadın polisin üstünə cumur, onu vurub itələyir və bu əməlləri ilə sanki «məni vur, gör sənin başına nə oyun açıram» demək istəyir. Yol polisi əməkdaşı bu vəziyyətdə səbrli və peşəkar davranaraq sadəcə vəzifəsini yerinə yetirməklə qadına əhəmiyyət vermir Əslində, polis elə bu cür də səbrli və hazırlıqlı olmalıdır.

Bu kadrlarda qadının hərəkətləri sadəcə təəssüf doğurur və məqsədi də bəllidir; şər, böhtan…

Əslində, çox acınacaqlı və biabırçı haldır ki, bəzən yol polisləri hansısa sürücünü qayda pozuntusuna görə saxladıqda sürücüdən əvvəl maşındakı qadınlar, yaşlı insanlar düşüb polisə hücum çəkir, dil tökür, hədə-qorxu gəlir. Bu heç də yaxşı əlamət deyil. Qadını, yaşlı insanları qabağa vermək sürücünü məsuliyyətdən azad etmir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh