Niyə piyadaları iri qabatirli maşınlar daha çox vurur? - Ekspert rəyi

Yazarlar 8 Fevral 2018 12:21 Oxunub 1467
Niyə piyadaları iri qabatirli maşınlar daha çox vurur? - Ekspert rəyi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: Sürücünün başı elə qarışa bilər ki, imkanı olduğu istiqaməti də görməz

Son günlər sürəti və manevr imkanları çox məhdud olan nəqliyyat vasitələri ilə - qoşqulu traktorla, mişar daşı yüklü "KamAZ"la piyada vurulmasından ibarət 3 ağır hadisə barədə məlumat yayılıb. İki hadisədə ölənlər uşaqlardır. Bu barədə Avtosfer.az-a açıqlama verən yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib ki, hadisələrin səbəbləri və şəraiti mənə məlum olmasa da, bir fakta diqqəti cəlb etmək yaxşı olardı. “Belə nəqliyyat vasitələrini idarə edən sürücü doğrudan da ətrafında hər şeyi görə bilmir ("kor zonalar" səbəbindən), Xüsusən də mürəkkəb hərəkət şəraitində - döngədə, tıxac və ya sıxlıq olan yerdə və s. sürücünün başı elə qarışa bilər ki, imkanı olduğu istiqaməti də görməz.”

Ekspert hesab edir ki, bunu nəzərə almaq, xüsusən də uşaqlara yaxşı öyrətmək lazımdır. “Uşaqlar balacaboy və daha dinamik olduqlarından sürücü üçün daha "görünməz" olurlar.”

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh