"BakıKart" aparatları 1, 3 və 5 qəpikləri niyə qəbul etmir?

Yazarlar 8 Fevral 2018 15:48 Oxunub 1687
"BakıKart" aparatları 1, 3 və 5 qəpikləri niyə qəbul etmir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məsələ tez tez gündəmə gətirilir və hər dəfə BNA-nın mövqeyi açıqlanır

Bakıda avtobus və metroda gediş haqlarının ödənilməsi üçün istifadə edilən nəqliyyat kartlarının balansını artırarkən istifadəçilər "BakıKart" aparatları 1, 3 və 5 nominallı qəpikləri qəbul etmir. Milli.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə narazılığın ifadə edildiyi və bunun milli valyutamıza hörmətsizlik kimi dəyərləndirildiyi müzakirələr zamanı məsələyə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev aydınlıq gətirib. Onun sözlərinə görə, bu məsələ tez tez gündəmə gətirilir və hər dəfə BNA-nın mövqeyi açıqlanır: "Əvvəla onu qeyd edim ki, 1, 3, 5 qəpik metal sikkələrin "BakıKart" satış yükləmə aparatları tərəfindən qəbul edilməməsi metal sikkələrə hər hansı münasibətdən irəli gəlmir. Məsələyə sırf texniki baxımdan yanaşmaq daha münasibdir. Digər bir məsələ, hər bir layihəyə başlamazdan əvvəl uyğun analizlər aparılır, onun texniki və maliyyə xüsusiyyətləri müəyyən edilir. "BakıKart" layihəsi reallaşarkən sərnişinlər tərəfindən istifadə edilən qəpik metal sikkələr və əskinaslar araşdırılıb. Layihə çərçıvəsində tədavüldə daha çox olan 10, 20, 50 qəpiklik sikkələrin və 1, 5, 10, 20, 50, 100 manatlıq bütün kağız əskinasların avadanlıqlar tərəfindən qəbul edilməsinə qərar verilib".

 

Bununla yanaşı BNA-nın sözçüsü əlavə bildirib ki, "BakıKart" layihəsi çərçivəsində "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən, rezidentlər arasında milli valyuta ilə hesablaşmaların aparılmasına heç bir məhdudiyyət qoyulmur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh