Cəriməni ödəməyən piyadalar üçün yeni cəza - Yayına bilməyəcəklər - VİDEO

Yazarlar 9 Fevral 2018 22:58 Oxunub 1368
Cəriməni ödəməyən piyadalar üçün yeni cəza - Yayına bilməyəcəklər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu dəyişiklik piyadaların üzərinə bəzi vəzifələr qoyur

Cəriməsini ödəməkdən imtina edən piyadalara qarşı tədbirlər gücləndirilib. Bundan sonra yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən piyadalar cərimələrini ödəməsələr, bəzi sənədləri ala bilməyəcəklər. Avtosfer.az-ın məlumatına görə, piyadalara qarşı tətbiq edilən cərimələrin ödənilməsini təmin etmək üçün "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib.

Yol hərəkəti üzrə ekspet Ərşad Hüseynovun sözlərinə görə, əksər piyadalar illər keçsə də, cərimələri ödəməkdən boyun qaçırırlar. Qanuna dəyişikliklərin edilməsində əsas məqsəd də məhz ödənilməyən cərimələrin qalmamasıdır. Bu dəyişiklik, həmçinin piyadaların üzərinə bəzi vəzifələr qoyur.

Ekspertlər piyadaları nizam-intizamlı olmağa və tətbiq edilmiş cərimələri vaxtında ödəməyə çağırırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh