Bakıda tikilən 656 metrlik tunelin istifadəyə verilmə vaxtı bilindi - VİDEO

Avtosfer TV 9 Fevral 2018 23:00 Oxunub 2466
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tikinti səbəbi ilə hava limanı yolu tam bağlanılmayacaq

Ziya Bünyadov prospekti ilə aeroport yolunu birləşdirən yeni tunelin çəkilişi sürətlə davam etdirilir. Artıq tunelin 200 metrlik hissəsi qazılıb. Avtosfer.az-ın məlumatına görə, əraziyə cəlb edilən çoxlu sayda texnika ilə yeni tunel qazılır, bərkitmə işləri həyata keçirilir. Bakı Olimpiya stadionunun qarşısında işlər sürətlə aparılır. İş icraçılarının sözlərinə görə, tikinti səbəbi ilə hava limanı yolu tam bağlanılmayacaq, sədəcə indiki kimi bəzi zolaqlarda hərəkət məhdudlaşdırılacaq.

Hazırda uzunluğu 656 metr olan tunelin tikintisi Hava Limanı yolunun hər iki tərəfindən aparılır, işlərə çoxlu sayda texnika və canlı qüvvə cəlb edilib.

Qeyd edək ki, 2 zolaqdan ibarət olacaq yeni tunelin tikilməsində əsas məqsəd günün pik saatlarında Koroğlu metro stansiyasının ətrafında yaranan sıxlıqın aradan qaldırılmasıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh