Bakıda maşının üstündə şou göstərən rəqqasə budur - VİDEO
Avtosfer TV 9 Fevral 2018 23:05 13025 dəfə oxunub
Bakıda maşının üstündə şou göstərən rəqqasə budur - VİDEO
Vaqif Əsədov: "Rəqqasə yenidən idarəyə çağırılaraq ciddi xəbərdarlıq edilməklə cərimə olunacaq"

Yolda avtomobili saxlayıb rəqs edən qızın yeni videosu yayılıb. Oxşar kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra xanım rəqqasə yol polisinə dəvət edilərək cərimə edilmişdi. Amma görünən odur ki, rəqqəsə bundan bir nəticə çıxarmayıb. O, yenə avtomobilin üstünə çıxaraq oynayıb. Avtosfer.az-ın məlumatına görə, bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda avtomobilin üstündə rəqs edən Simona Amirova bu təhlükəli hərəkətini yenindən təkrarlıyıb. Simona Amirova bu dəfə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yolun kənarında avtomobilin üstünə çıxaraq oynayıb.

İlk video yayıldqıdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəqqasəni və onun üzərində rəqs etdiyi avtomobilin sahibini aşkar edərək inzibati qaydada cərimələyib. Amma görünür xəbərdarlıq kifayət etməyib. Görüntülərdən məlum olur ki, xanım bu rəqsi ilə digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır. Simona avtomobil üzərində rəqs etməsindən zövq aldığını deyir.

Əməlindən peşman olmadığını bildirən gənc rəqqasə, bundan sonra avtomobilin üstündə rəqs etməyəcəyini deyir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov isə Avtosfer.az-a bildirdi ki, həmin xanım birinci fakta görə inzibati qaydada cərimələnib. Əgər o, bu rəqsini yenidən təkrar edibsə, deməli onun barəsində tətbiq edilən cərimədən və ictimayi qınaqdan nəticə çıxarmayıb. Vaqif Əsədovun sözlərinə görə, xanım rəqqasə yenidən idarəyə çağırılaraq ciddi xəbərdarlıq edilməklə cərimə olunacaq.

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh