Belə "protiv" gedən hələ olmamışdı: BAKIDA - VİDEO

Avtosfer TV 9 Fevral 2018 23:18 Oxunub 4716
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu adamlar necə belə risklər eləyə bilirlər?

Birtərəfli yolda, özü də qarşı tərəflə beton arakəsmələr olan yerdə, əks istiqamətin sol zolağı ilə  “protiv” getmək nə deməkdir? Yəqin ki, bir şey anlaya bilmədiniz. Bəli, Bakıda bu hərəkəti edən sürücünün əməli həqiqətən də anlaşılan deyil. 

Akim Abbasov küçəsi ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsində (Lider TV-nin yanında) bir-birindən beton arakəsmə ilə ayrılan  yolda qarşı tərəfin sol zolağı ilə sürücü əks itiqamətdə hərəkət edir. Aşkar şəkildə özünü və digərlərini təhlükə qarşısında qoyur. Maraqlıdır ki, yolun sonunda sağa və sola dönmə var və sürücü sola dönmək üçün düz istiqamətli hərəkət edənlərin yolunu da kəsməli olacaq. Bu barədə sosil çəbəkədə video paylaşan Mahir Məmmədli adlı istifadəçi “bu adamlar necə belə risklər eləyə bilirlər. Açıq-aşkar əks istiqamətdə gedir. Eşidirəm ki, Stop xəttini azca keçməyə görə adamlara MMX gəlir. Bəs belə şeyləri çəkmir kameralar?”  deyə statusda yazıb.

Avtosfer.az həmin görüntüləri təqddim edir:

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh