Sürücü maşında belə yandı; xilas edən olmadı - ŞOK VİDEO – 18+

Avtoreyd 30 Dekabr 2014 10:59 Oxunub 2425
Sürücü maşında belə yandı; xilas edən olmadı - ŞOK VİDEO – 18+
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınının altında qalan «07»-nin sürücüsü «yanıram» deyə-deyə öldü

Rusiyada baş vermiş dəhşətli qəzanın videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, «Kamaz» markalı yük maşını əvvəlcə başqa bir kiçik həcmli yük maşınını vurub yoldan çıxarır. Sonra isə «VAZ» markalı avtomobilin üstünə çıxır. Dəhşətli qəzanın təsirindən «VAZ» alovlanmağa başlayır. Avtomobilin sürücüsü isə əzilmiş maşının içərisində qaldığı üçün onu oradan çıxarmaq mümkün olmur. Sürücü «yanıram, kömək edin» deyərək qışqırmağa başlayır. Ətrafdakı insanların yanğınsöndürən cihazlarla köməyinə baxmayaraq alov tez genişlənir və yanğınsöndürənlər hadisə yerinə gələnə kimi sürücü maşında yanıb ölür. 

Bu videonu təqdim etməkdə məqsəd şou göstərmək deyil. Məqsədimiz odur ki, sürücülər yanğınsöndürən balonun avtomobildə olmasının vacibliyini görsünlər və təmin etsinlər. Göründüyü kimi, alovun tez yayılmasının qarşısını bu balonlar vasitəsilə almaq mümkün oldu. Bir neçə sürücü avtomobilində olan yanğınsöndürən balondan istifadə edərək alovun genişlənməsinin qarşısını ala bildi. Düzdür, bəzi sürücülər həmin cihazdan necə istifadə edildiyini bilmirdi. Amma hər halda, bu cür vasitələrin avtomobildə olması vacibdir. «Mənə lazım deyil» deyib keçməyin. Bir gün lazım olar, amma gec olar…

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh