Yasamalda maşın park etmək uğrunda mübarizə gedir – Qanunsuzluq - FOTO

Xəbərlər 10 Fevral 2018 11:07 Oxunub 1917
Yasamalda maşın park etmək uğrunda mübarizə gedir – Qanunsuzluq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Binanın həyətini zəncirləyən orada başqa sakinlərin maşın saxlamasına imkan vermir

Bir neçə oxucu paytaxtın Yasamal rayonunda yerləşən binanın həyətindəki qanunsuzluq barədə Avtosfer.az saytına şikayət edib. Saytın əməkdaşı Yasamal rayonu? Dadaş Bünyadzadə küçəsindəki 1 saylı binaya baş çəkib. Məlum olub ki, həmin binada yaşayan bəzi sakinlər öz avtomobillərini rahat park etmək üçün binanın həyətindəki boş sahələri zəbt edərək qanunsuz olaraq özəlləşdiriblər. Onlar boş sahələri dəmir borular, zəncirlər, avtomobil təkəri, daş və digər əşyalarla zəbt ediblər. Həmin yerləri zəbt edən bina sakinləri digər qonşuların həmin yerdə öz avtomobilini park etməyə qoymayaraq bildirirlər ki, "bura bizə məxsus yerdir". Bu isə qanunazidd hərəkətdir.

Həmin binada yaşayan istənilən sakin öz avtomobilini binanın ərazisində rahat şəkildə park etmək hüququ var. Ona görə də bəzi sakinlər tərəfindən qanunsuz quraşdırılmış dəmir borular, zəncirlər və bu kimi əşyalar oradan sökülməlidir. 

Ümid edirik ki, müvafiq qurumlar, o cümlədən Yasamal Rayon İcra Hakimiyyəti operativ şəkildə sakinlərin narazılığını aradan qaldıracaq.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh