Bu da başqasının «belinə çıxan»  London taksisi -  VİDEO

Avtoreyd 30 Dekabr 2014 11:05 Oxunub 3128
Bu da başqasının «belinə çıxan»  London taksisi -  VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Son vaxtlar London taksisi sürənlər də özlərini avtobus sürücüləri kimi aparır

Bakıda çəkilmiş bu videonu Avtosfer.az-a oxuculardan biri göndərib. London taksi sürücüsü Türkiyə səfirliyinin yanında - Səməd Vurğun küçəsindən Bakıxanov küçəsinə dönərkən dönmə əməliyyatı zamanı qəza şəraiti yaradır. Yəni, zolaqlar üzrə düzgün hərəkət edə bilməyən sürücü başqasının yoluna çıxır, özü də kobud şəkildə. Qəzadan yayınmaq üçün digər sürücü qayda pozmağa məcbur olaraq qoşa xəttin tələbini pozub əks yola çıxır.

Videoya diqqətlə baxdıqda belə təəssürat yaranır ki, London taksi sürücüsü bunu qəsdən edir. 

Yeri gəlmişkən, con vaxtlar London taksi sürücüləri də özoərini avtobus sürücüləri kimi aparırlar. Yəni, heç bir qayda-qanun tanımırlar, haradan gəldi dönürlər, hara gəldi girirlər, bir sözlə, necə istəsələr, elə də sürürlər.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Bakili 10 Noyabr 2014 22:55
London taksilər son dövrlər çox pis idarə olunur.Onların xidmətindən istifadə etmək belə qorxulu olub.Çünki onların belə yaramaz sürücüləri var.Bu taksilər Avropa oyunlarında necə xidmət aparacaqlarBelə sürücülərin vəsiqəsini əlindən alıb, ayaqlarını da sındırmaq lazımdır ki, bir də avtomobil ne olduğunu unutsunlar.Bu da onlara daima dərs olsun.