Ağır yol qəzası: 18 ölü

Qəzalar 11 Fevral 2018 11:21 Oxunub 697
Ağır yol qəzası: 18 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin başverməs səbəbi hələ müəyyənləşdirilməyib

Honq Konqda baş vermiş yol qəzasında ölənlərin sayı 18 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "South China Morning Post" polisə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə şənbə günü baş verib. İkimərtəbəli sərnişin avtobusu böyrü üstə yolun kənarına aşıb. Qəza zamanı ölənlərdən 15-i kişi, 3-ü qadındır. Hadisə zamanı daha 60-a yaxın şəxs xəsarət alıb.

 

Qeyd edək ki, daha əvvəl qəzada 13 nəfərin həlak olduğu bildirilib. Hadisənin başverməs səbəbi hələ müəyyənləşdirilməyib. Lakin sərnişinlər bildiriblər ki, avtobusun sürücüsü qrafikdə nəzərdə tutulmuş vaxtda yubandığı üçün nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh